Leyli və Məcnun

Thu Sep 18 2025 at 07:00 pm to 10:00 pm UTC+04:00

Bülbül prospekti, 35, 1014 Baku, Azerbaijan | Baku

Heyd\u0259r \u018fliyev Saray\u0131 - R\u0259smi s\u0259hif\u0259
Publisher/HostHeydər Əliyev Sarayı - Rəsmi səhifə
Leyli v\u0259 M\u0259cnun
Advertisement
"Leyli və Məcnun" (2 pərdəli opera)
Yaş həddi: 6+
Kompozitor: Üzeyir Həcibəyli
Libretto müəllifi: Üzeyir Həcibəyli
Janr: Dram
Dil: Azerbaycan
Tamaşanın müddəti: 2 saat 10 dəqiqə
Tamaşanın dirijoru: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)
Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)
Operanın qısa məzmunu
Birinci pərdə
Birinci şəkil. Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.
Məktəb yoldaşları onlan bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşmdırmağa çalı­şır, söz verirlər ki, Leylini ona alsınlar.
İkinci şəkil. Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.
Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.
Başqa bır qəbilə başçısı -İbn-Salam elçiliyə gəlir və “hə” cavabı alır. Leyli fəryad qo­parıb, taleyindən şikayətlənir.
İkinci pərdə
Üçüncü şəkil. Leylini İbn-Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ət­rafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəMmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab Məcnunu adamlardan uzaqlaşmağa, baş götürüb səh­ralara qaçmağa məcbur edir.
Dördüncü şəkil. Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl ad­lı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna al­mağı vəd edir. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, Leyli İbn- Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.
Üçüncü pərdə
Beşinci şəkil. Hicran derdi Leylini üzüb ölüm yatağına salmışdır. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məc­nuna olan eşqi onun qəlbində sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, yanıqlı sözlərlə Leyli­nin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər gö­rən Leyli öz canını təslim edir.
Altıncı şəkil. Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvanr ki, onu yarın məzarına aparsın.
Leylinin qəbri üstündə o acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qo­vuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.
Advertisement

Event Venue & Nearby Stays

Bülbül prospekti, 35, 1014 Baku, Azerbaijan, Bülbül Prospekti 35, Bakı, Azərbaycan, Baku, Azerbaijan

Tickets

Sharing is Caring:

More Events in Baku

Formula 1 Qatar Airways Azerbaijan Grand Prix 2025
Thu, 18 Sep at 11:00 am Formula 1 Qatar Airways Azerbaijan Grand Prix 2025

Baku City Circuit

Formula1 tickets
Fri, 19 Sep at 08:00 am Formula1 tickets

842 Gulara Gadirbeyova, Baku, Bakü, Azerbaycan

SMART LIFE  EXPO AZERBAIJAN, 2025
Thu, 25 Sep at 10:00 am SMART LIFE EXPO AZERBAIJAN, 2025

Bakı Ekspo Mərkəzi

EDK3  26 sentyabr
Fri, 26 Sep at 10:00 am EDK3 26 sentyabr

Baku Marriott Hotel Boulevard

TANGO WORKSHOPS in Baku with Loukas & Georgia
Fri, 26 Sep at 07:00 pm TANGO WORKSHOPS in Baku with Loukas & Georgia

10B, Suleyman Alaskarov str, Баку, Азербайджан

Tribute to rock
Fri, 26 Sep at 08:00 pm Tribute to rock

Opera Studiyası

Baku is Happening!

Never miss your favorite happenings again!

Explore Baku Events